Baş kollektiv saziş

 
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası
 
QƏRAR

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şuras və Naxçıvan Muxtar Rcspublikası Sahibkarlar Konfederasiyası arasında 2014-2015-ci illər üçün Baş Kollektiv Sazişin bağlanması haqqında

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası və Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası qərara alırlar:

  1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinə müvafıq olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası və Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası arasında 2014-2015-ci illər üçün Baş Kollektiv Saziş bağlanılsın (əlavə olunur).
  2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti,; Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası və Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası arasında 2014-cü il 29 sentyabr tarixli 92 nömrəli qararla bağlanmışdır

Naxçıvan Muxlar Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası və Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası arasında 2014-2015-ci illər üçün

BAŞ KOLLEKTİV SAZİŞ

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası və Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası (bundan sonra – Tərəflər) mövcud qanunvericiliyə əsaslanaraq sosial-iqtisadi siyasəti və sosial-əmək münasibətləri üzrə 2014-2015-ci illər üçün razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş (bundan sonra – Saziş) bağlayırlar.

Tərəflər hesab edirlər ki, Saziş bağlanılan müddətdə muxtar respublika iqtisadiyyatının rəqabət qabiliyyətinin və əmək məhsuldarlığının yüksəldilməsinə, stabil məşğulluğa və əmək bazarının səmərəli infrastrukturunun inkişafına, iş yerlərinin təhlükəsizliyinə kömək edəcək şəraitin yaradılmasına, işçilərin və onların ailələrinin yaşayışının keyfiyyətinin artırılmasına, yoxsulluğun azaldılması istiqamətində tədbirlərin davam etdirilməsinə, sosial və makroiqtisadi sabitliyin qorunub saxlanılmasına və əhalinin sosial müdafıəsinin təmin edilməsinə istiqamətlənən sosial-iqtisadi siyasətin həyata keçirilməsi Sazişin prioritet məqsədlərini təşkil edir.

Saziş sosial tərəfdaşlıq sisteminin tərkib hissəsidir və sahə (tarif) kollektiv sazişlərinin işlənilməsi və bağlanılması üçün əsas təşkil edir.

Tərəflər qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinə, sosial-əmək münasibətlərinin sosial dialoq, kollektiv müqavilələr və sazişlər vasitəsilə tənzimlənməsinə çalışacaqlarını və Baş Kollektiv Sazişlə müəyyən edilən öhdəlik və sövdələşmələrə riayət edəcəklərini bəyan edirlər.

  1. İqtisadi siyasət sahəsində

Tərəflər hesab edirlər ki, yaxın gələcəkdə dövlətin sosial-iqtisadi siyasəti iqtisadi inkişafın dayanıqlılığının, istehsalatın modernləşdirilməsinin və rəqabət qabiliyyətinin yüksəldilməsi, innovasiya fəallığının və insan kapitalına investisiyaların stimullaşdırılması, vətəndaşların sosial müdafıəsinin gücləndirilməsi, yeni layiqli iş yerlərinin yaradılması, yoxsulluğun azaldılması, əhalinin rifahının artırılması əsasında təmin edilməsinə istiqamətləndirilməlidir.

Bu məqsədlə Tərəflər aşağıdakı öhdəlikləri götürürlər:

  • iqtisadiyyatın, o cümlədən xidmət sahələrinin modernləşdirilməsinə kömək etmək;
  • iqtisadiyyatın innovativ inkişaf modelinə keçidini sürətləndirmək;
  • iqtisadiyyatın yüksək texnoloji və infrastruktur sahələrinin inkişaf etdirilməsinə diqqəti artırmaq;
  • iqtisadiyyatın prioritet sahələrinin dəstəklənməsi üzrə kompleks tədbirləri həyata keçirmək;
  • sosial-iqtisadi inkişafın uzunmüddətli proqnozlaşdırma sistemini təkmilləşdirmək, onun keyfıyyətini artırmaq;
  • əməyin məhsuldarlığının artırılmasına yönəldilən tədbirləri stimullaşdırmaq;
  • bazar iqtisadiyyatı şəraitində istehsal həcminin artırılmasında və yeni iş yerlərinin yaradılmasında əsas amil olan kiçik və orta sahibkarlıq subyektləri üçün dövlət maliyyə dəstəyini davam etdirmək, bu dəstəyin səmərəli təşkil olunması məqsədi ilə dövlət-sahibkar münasibətlərinin digər institusional mexanizmlərini daha da təkmilləşdirmək;
  • yerli məhsulun istehsal həcmini, əməyin səmərəliliyini, malların keyfıyyətini və rəqabət qabiliyyətini yüksəltmək məqsədi ilə yerli istehsalçılara hərtərəfli yardımı artırmaq, qanunvericilik və beynəlxalq hüquq normaları əsasında daxili və xarici bazarlarda muxtar respublikanın yerli istehsalçılarının mənafelərini müdafıə etmək, istehsal olunmuş hazır məhsulun dünya bazarlarına ixracının stimullaşdırılmasını təmin etmək;
  • yeni iş yerlərinin yaradılması məqsədi ilə hər bir şəhər (rayon) üzrə əmək və təbii resursları, iqtisadi potensialı və infrastrukturu əks etdirən məlumat banklarının yaradılmasını başa çatdırmaq və bu informasiya mənbələri haqqında məlunıatın yayılması üçün tədbirlər görmək;
  • iqtisadiyyatın bütün sahələrində ınüasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinə dəstək vermək;
  • qeyri-formal iqtisadiyyatın həcminin azaldılması və real sektora yönəldilməsi istiqamətində tədbirləri davam etdirmək;
  • muxtar respublika büdcəsinin gəlir və xərclərinin Ümumi Daxili Məhsulda xüsusi çəkisinin optimallaşdırılması istiqamətində işləri davam etdirmək;
  • muxtar respublikanın ərzaq təhlükəsizliyi baxımından kənd təsərrüfatı istehsalının inkişafını, bu istiqamətdə aparılan tədbirlərin gücləndirilməsini, onların daha çevik həyata keçirilməsini, onun idarəçiliyinin və strukturunun təkmilləşdirilməsini, daxili bazarın dolğun təminatını, xarici bazarlara çixış imkanlarının gücləndirilməsini təmin etmək;
  • muxtar respublikanın gənclərinin və qadınlarının sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün səyləri artırmaq;
  • təbii inhisarçıların xidmətlərinə və məhsullarına qoyulan qiymətlərə (tariflərə) yenidən baxılması prosesində üçtərəfli məsləhətləşmələrdən istifadə etmək;
  • istehlak bazarında qiymətlərin əsassız artmasına təsir göstərən inhisarçılığın, rəqabətin məhdudlaşdırılması, bazarların bölüşdürülməsi, razılaşdırılmış yüksək qiymətlərin tətbiq edilməsi hallarının qarşısının alınması üçün birgə monitorinqlər aparmaq və onların nəticələrini geniş ictimaiyyətə çatdırmaq;
  • ipoteka kreditlərinin verilməsi şərtlərinin sadələşdirilməsinə nail olmaq və onun üzərində birgə nəzarəti təşkil etmək;
  • xarici sərmayə ilə işləyən və müştərək müəssisələrdə çalışan işçilərin hüquqlarının qorunması ilə bağlı birgə iş aparmaq;
  • muxtar respublikaya gətirilən ərzaq və qeyri-ərzaq mallarının keyfiyyəti üzərində nəzarət mexanizmini gücləndirmək;
  • institusional, idarəetmə və struktur islahatlarını davam etdirmək;
  • inflyasiyanın məqbul səviyyədə saxlanılması məqsədi ilə müvafıq tənzimləmə üsullarından fəal istifadə etmək;
  • idxalı əvəz edəcək və ixracyönlü məhsulların istehsalını və ixracını stimullaşdıran tədbirləri həyata keçirmək;
  • torpaqların münbitliyinin qorunması və artırılmasına dair tədbirlər planının haztrlanması və həyata keçirilməsinə nəzarəti gücləndirmək, şoranlaşınış, eroziyaya uğramış torpaqlarda sağlamlaşdırma tədbirlərini həyata keçirmək.

Tərəflər iqtisadiyyatın bütün sahələrində Ümumi Daxili Məhsulun aşağıda qeyd olunan real artım göstəricilərinin proqnozlaşdırılmasını zəruri hesab edirlər:

  • 2014-cü ildə 1,7 faiz, 2015-ci ildə 2,3 faiz, o cümlədən sənaye ıstehsalında müvafıq olaraq 9,9 faiz və 2,1 faiz;
  • kənd, meşə və balıqçılıq təsərrüfatlarında 0,5 faiz və 0,6 faiz;
  • əhalinin pul gəlirləri 5,0 faiz və 5,7 faiz.
  1. Əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat səviyyəsi

Tərəflər qeyd olunan müddətdə işçinin əmək hüququnu təmin edən kompleks tədbirlərin işlənilməsini və həyata keçirilməsini, real əməkhaqqının artırılmasını, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasını və gəlirlər siyasətinin təkmilləşdirilməsini zəruri hesab edirlər.

Bu məqsədlə Tərəflər əməyin təşkilinin təkmilləşdirilməsi, işçilərin ixtisas dərəcələrinin artırılması, əməyin məhsuldarlığının yüksəldilməsi məqsədi ilə aşağıdakı öhdəlikləri götürürlər:

  • əməyin ödənişinə sərf olunan vəsaitin Ümumi Daxili Məhsulda xüsusi çəkisinin əhəmiyyətli dərəcədə artırılmasına nail olmaq;
  • əməkhaqlarının, pensiyaların, müavinətlərin vaxtında ödənilməsini davam etdirmək;
  • kişi və qadın işçilər tərəfındən həyata keçirilən eyni işlər üçün bərabər həcmdə əməyin ödənilməsini davam etdirmək;
  • beynəlxalq təcrübəyə əsaslanaraq peşə ixtisasları üzrə standartların hazırlanmasını davam etdirmək;
  • muxtar respublika üzrə orta əməkhaqqı miqdarından az maaş alanların sayını əhəmiyyətli dərəcədə aşağı salmaq məqsədi ilə təsirli tədbirlər həyata keçirmək;,
  • qeyri-formal əmək münasibətlərinin qarşısını almaq məqsədi ilə işçiləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə cəlb edən və onlara qeyri-rəsmi ödənişlər verən işəgötürənlər üzərində sosial tərəfdaşların birgə nəzarətini gücləndirmək;
  • əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində qeydiyyata alınmasını həyata keçirmək;
  • müəssisə və təşkilatlarda əməyin normalaşdırılması istiqamətində aparılan işlərə diqqəti artırmaq;
  • istehsal olunan məhsulun maya dəyərində əməyin ödənilməsinin payını əks etdirən məlumatlar ətrafında məsləhətləşmələr apararaq, bu sahədə vahid siyasəti müəyyən etmək.
  1. Əmək bazarının inkişafı və əhalinin məşğulluğunun təminatları

Tərəflər hesab edirlər ki, iqtisadiyyatın modernləşdirilməsi və innovasiyalı inkişafı ixtisaslı işçilərə tələbatı formalaşdırmalı, yüksək məhsuldarlıqla, təhlükəsiz əmək şəraiti və layiqli əməkhaqqı ilə səciyyələnən səmərəli iş yerlərinin yaradılması ilə müşayiət olunmalıdır.

Bu proseslər əhalinin məşğulluğu və insan resurslarının inkişafı sahəsində məqsədyönlü dövlət siyasəti ilə və sosial tərəfdaşların qarşılıqlı əməkdaşlığı şəraitində aşağıdakı istiqamətlərdə tədbirlər həyata keçirməklə dəstəklənməlidir:

  • əmək bazarına dair informasiya sisteminin təkmilləşdirilməsi;
  • məşğulluq sahəsində dövlət siyasətinin səmərəliliyinin və dövlət xidmətlərinin keyfiyyətinin artırılması;
  • işçi qüvvəsinin keyfıyyətinin yaxşılaşdırılması və onun peşəkar mobilliyinin inkişafı;
  • əmək bazarı və məşğulluq sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi;
  • əmək miqrasiyasının səmərəliliyinin artırılması.

Bununla əlaqədar Tərəflər aşağıdakı öhdəlikləri götiırürlər:

  1. Qanunvericiliyə uyğun olaraq, məşğulluq sahəsində razılaşdırılmış siyasəti həyata keçirmək məqsədi ilə sosial tərəfdaşların və müvafıq qeyri- hökumət təşkilatlarının nümayəndələrindən ibarət muxtar respublika əlaqələndirmə komitəsinin yaradılmasını təmin etmək;
  2. əmək, məşğulluq və əmək miqrasiyası sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsini davam etdirmək;
  3. Azərbaycan Respublikası Prezidentinin 201l-ci il 15 noyabr tarixli 1836 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməşi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək;
  4. gənclərin məşğulluğunun təmin edilməsinə, onların kənd yerlərində çalışmasını həvəsləndirən imtiyazlar sisteminin təkmilləşdirilməsinə, əmək şəraitinin yaxşılaşdırılmasına, həyat səviyyəsinin yüksəldilməsinə, tələbə və şagirdlərin, gənc işçilərin və mütəxəssislərin sosial müdafiəsinin gücləndirilməsinə istiqamətləndirilən tədbirləri dəstəkləmək;
  5. ordudan tərxis olunmuş gənclərin əvvəlki iş yerlərinə və vəzifələrinə bərpa olunmasına nəzarəti gücləndirmək, onların peşələrinə uyğun müvafıq işlə təmin olunmasına nail olmaq;
  6. əmək qanunvericiliyinin tələblərinə riayət olunması üzərində sosial tərəfdaşların nəzarətini gücləndirmək;
  7. işsizliyə görə müavinətin, həmçinin peşə hazırlığı, əlavə təhsil üzrə təqaüdün minimum məbləğinin yaşayış minimumunun həddinə çatdırılması istiqamətində işlərin davamı olaraq müvafiq təkliflər hazırlamaq;
  8. qeyri-formal əmək münasibətlərinin leqallaşdırılması istiqamətində təsirli tədbirlər həyata keçirmək;
  9. inkişaf edən iqtisadiyyatın tələblərinə uyğun olaraq texniki-peşə və orta ixtisas təhsil sistemində islahatların həyata keçirilməsi üzrə dövlətin və sahibkarların (biznesin) birgə təkliflərini hazırlamaq;
  10. əmək bazarının tələblərinə uyğun olaraq kadr hazırlığının proqnozlaşdırılması sisteminin yaradılmasına dair zəruri tədbirlər görmək;
  11. işçilərin əmək hüquqlarını davamlı surətdə təmin etmək məqsədi ilə əsassız olaraq müddətli müqavilələrin bağlanmasına yol verməmək;
  12. əhalinin həssas qruplarının məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində işləri davam etdirmək;
  13. valideyn himayəsindən məhrum olub, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdə qalan uşaqların həmin müəssisələrdən qayıtdıqdan sonra işə düzəldilməsinin qayğısına qalmaq;
  14. məşğulluq proqramlarının tam həcmdə maliyyələşdirilməsini təmin etmək və bu məqsədlər üçün ayrılmış vəsaitin səmərəli istifadə olunmasma nəzarəti gücləndirmək;
  15. muxtar respublika üzrə əmək resursları balansının tərtib edilməsi üçün tədbirlər görmək;
  16. mövcud iş yerlərinin saxlanmasını və yeni iş yerlərinin yaradılmasını təmin edən işəgötürənlər üçün həvəsləndirici tədbirləri genişləndirmək;
  17. əhalinin, xüsusilə iş axtaran və işsiz vətəndaşların məlumatlandırılması istiqamətində reklam-informasiya işini genişləndirmək, yeni yaradılmış iş yerləri haqqında təfsilatlı informasiya bazasını yaratmaq və geniş ictimaiyyətə çatdırmaq;
  18. əmək bazarında məşğulluq və işsizlik səviyyəsinin real vəziyyətinin düzgün qiymətləndirilməsi məqsədi ilə təhlil işlərini davam etdirmək;
  19. ali, orta ixtisas, ilk peşə-ixtisas və ümumi təhsil müəssisələrinin tələbə və şagirdlərinə əmək qanunvericiliyinin əsasları üzrə mühazirələr oxunmasını təşkil etmək;
  20. məşğulluq məsələləri üzrə muxtar respublikanın regionlarında yaradılmış əlaqələndirmə komitələrinə kömək etmək;
  21. əmək resurslarının daxili ərazi mobilliyini həvəsləndirən stimullar sisteminin gücləndirilməsi sahəsində məsləhətləşmələr aparmaq;
  22. yeni yaradılan iş yerlərinin əmək normalarının tələblərinə uyğun gəlməsinə dair monitorinqlər keçirmək;
  23. qeyri-formal məşğulluğun və əmək miqrasiyasının real vəziyyətinin öyrənilməsinə və onu yaradan səbəblərin aradan qaldırılmasına, eyni zamanda yaratdığı risklərlə bağlı ictimaiyyətin məlumatlandırılmasına dair işləri davam etdirmək;
  24. sosial infrastrukturyönlü işlərin inkişaf etdirilməsi, xalq tətbiqi sənətinin dirçəldilməsi və inkişafı, turizm-istirahət zonalarının yaradılması və bu sahələrə investisiyaların artırılması hesabına qadınların məşğulluq səviyyəsinin artırılması;
  25. gənclərə, qadınlara, xüsusilə də 20-30 yaşlı qadınlara yeni peşələrin öyrədilməsinə və ixtisaslarının artırılmasına dair işlərin gücləndirilməsi.

4. Sosial müdafıənin gücləndirilməsi istiqamətləri

Tərəflər muxtar respublikada yaşayan Azərbaycan Respublikası vətəndaşlarının sosial müdafiəsi üzrə hüquqlarının təmin edilməsi üçün aşağıda göstərilən tədbirlərin həyata keçirilməsini zəruri hesab edirlər:

  1. əhalinin sağlamlığının mühafızəsi üzərində ictimai nəzarətin gücləndirilməsi;
  2. İİV/QlÇS-ə, şəkərli diabet xəstəliyinə və digər xroniki xəstəliklərə tutulanların sosial müdafiəsinirin gücləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi;
  3. məktəbəqədər təhsil müəssisələrində uşaq qidasının keyfiyyətinin artırılrnası məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi;
  4. məktəb tətilləri zamanı uşaqların istirahətinin təşkili işinin davam etdirilrnəsi;
  5. müəssisə və təşkilatların mənzilə ehtiyacı olan işçilərinin mənzillə təmin edilməsinin təşkili və Azərbaycan Respublikasınm Mənzil Məcəlləsinin 28-ci maddəsinə uyğun olaraq qəza vəziyyətində olan yaşayış sahələrinin (mənzillərin, binaların) mülkiyyətçi orqanlar, (nazirlik, komitə, birlik və digər tərəfindən tədricən yararlı vəziyyətə gətirilməsi və burada yaşayanların təhlükəsizliyinin təmin edilməsi;
  6. sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsində nəzərdə tutulan vəsait daxilində maliyyələşdirilməsinin təmin edilməsi, ayrılan vəsaitin səmərəliliyinin artırılmasına nail olunrnası, sanatoriya-kurort yollayışlarının dəyərinin qismən Naxçıvan Muxtar Respubllkası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına vaxtında ödənilməsinin təmin edilməsi;
  1. səhiyyə sistemində dövlət sektorunun prioritet rolunun saxlanması və vətəndaşlara tibbi xidmətin dövlət təminatları əsasında ödənişsiz göstərilməsinin davam etdirilməsi;
  2. iş yerlərində qadınların təbii və reproduktiv xüsusiyyətləri nəzərə alınmaqla, müasir tələblərə cavab verə biləcək sanitariya-gigiyena normalarının işlənib hazırlanması;
  3. işəgötürənlər tərəfindən sığortaolunanlar barədə fərdi uçot haqqında qanunvericiliklə müəyyən olunmuş məlumatların vaxtında verilməsinin təmin edilməsi;
  4. müəssisə, təşkilat və idarələrdə işçilərin məzuniyyət hüququndan istifadə etmələrinə nəzarətin gücləndirilməsi;
  5. təhlükə mənbəyinə malik olan müəssisələrin işəgötürənləri tərəfindən işlərin görülməsi ilə əlaqədar olaraq, sığorta risklərinin sığortalanmasının müəyyən olunmuş qaydada aparılmasına nəzarətin gücləndirilməsi;
  6. əhaliyə şəxsi mənzil tikintisi üçün torpaq sahələrinin ayrılma prosesinin və mənzil tikintisi üçün kreditlərin verilməsi sisteminin təkmilləşdirilməsinə, tikinti materiallarının qiymət və keyfıyyətinə nəzarət gücləndirilməsi;
  7. müəssisə və təşkilatların vəsaiti hesabına tikilmiş mənzil sahəsinin işçilər arasında bölüşdürülməsi (paylanması) haqqında qəbul cdiləcək nümunə qaydaların şərtlərinə əməl olunması;
  8. uşaq əməyinin, məcburi əməyin və insan alverinin aradan qaldırılmasını təmin edən, əmək miqrasiyasını tənzimləyən dövlət sosial proqramlarının dəstəklənməsi, birgə monitorinqlərin təşkil edilməsi;
  9. muxtar respublikanın şəhər və rayonlarında məktəbyaşlı uşaqların təhsildən yayınması hallarının üzə çıxarılması, onun səbəblərinin araşdırılması və uşaqların məktəblərə qaytarılması üzrə yerli icra hakimiyyəti, həmkarlar ittifaqı və təhsil orqanlarının nümayəndələrindən ibarət komissiyaların yaradılması;
  10. ali, orta ixtisas, ilk peşə-ixtisas və ümumi təhsil müəssisələrinin proqramlarına “Gender siyasətinin əsasları”nın tədrisinin daxil edilməsinə nail olunması;
  11. ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan tələbə və şagirdlərin yataqxana ilə təmin olunması məqsədi ilə aparılan işlərin dəstkələnməsi;
  12. uşağa bilavasitə qulluq edən şəxsin qismən ödənişli sosial məzuniyyətdən istifadə etdiyi müddətin əmək və sığorta stajına daxil edilməsi üçün görülən işlərin dəstəklənməsi;
  13. tibbi, peşə və sosial reabilitasiya keçən şəxslərin bu müəssisələrdə olduğu müddətdən asılı olmayaraq, müəssisənin ləğv edilməsi halları istisna olmaqla, işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsinə yol verilməməsi;
  14. sığorta-pensiya sisteminin dayanıqlı və dinamik inkişafına nail olunması məqsədi ilə islahatların davam etdirilməsi;
  15. işəgötürənlər tərəfindən sosial sığorta haqlarının vaxtında və tam həcmdə köçürülməsi üzərində birgə nəzarəti gücləndirmək;
  16. fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğləri haqqında sığortaolunanların məlumatlandırılması istiqamətində tədbirlərin davam etdirilməsi;
  17. icbari tibbi sığortanın tətbiqinə nail olunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi;
  18. işsizlik müavinəti aldığı dövrdə vəfat edən şəxsə dəfn müavinətinin verilməsi məsələsinə baxılmasının dəstəklənməsi.

 

  1. Əmək hüquqlarının ınüdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik

Əmək hüquqlarının müdafiəsini, əməyin mühafizəsini, texniki və ekoloji təhlükəsizliyi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirərək, Tərəflər aşağıdakı öhdəlikləri götürürlər:

  1. 1. aşağıdakı məsələlər üzrə proqramlar hazırlayıb qəbul etmək:
  2. əməyin mühafızəsi və əmək şəraitinin yaxşılaşdırılması;
  3. istehsalat tullantılarının utilizasiyası
    1. əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması, ixtisaslarının artırılması, təcrübə mübadiləsinin apanlması üçün şərait yaratmaq;
    2. əməyın mühafızəsi tələblərinin gücləndirilməsi məqsədi ilə əmək qanunvericiliyinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
    3. qanunvericilikdə nəzərdə tutulmuş hallarda işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməsini təmin etmək və bu istiqamətdə nəzarəti gücləndirmək;
    4. əmək şəraitindən asılı olaraq işçilərin müalicəvi profilaktik yeməklərlə təmin olunmasına nəzarəti gücləndirmək;
    5. əmək şəraiti zərərli və təhlükəli olan istehsalatlarda işləyənlər üçün kollektiv və fərdi mühafizə vasitələrinin istehsalını təşkil etmək;
    6. iş yerlərində, o cümlədən sənaye müəssisələrində insanların sağlamlığının qorunması məqsədi ilə ekoloji təhlükəsizliyi təmin etmək;
    7. alternativ enerji (su, külək və günəş enerjisi) mənbəyindən geniş istifadə etmək məqsədi ilə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerjı mənbələrindən istifadə olunması barədə Döviət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini davam etdirmək;
    8. əməyin təhlükəsizliyi normaları və standartları üzrə informasiya sistemini yaratmaq;
    9. işçilərin təhlükəsiz iş şəraitini təmin etmək məqsədi ilə nazirlik, komitə və digər icra strukturlarında təkmilləşdirmə aparılmaqla, “Əməyin mühafızəsi xidməti”nin yaradılmasını təmin etmək;
    10. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq işəgötürən tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmək;
    11. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən:

5.12.1. işçilərin bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə məşğul ola bilmələri üçün lazımi şərait yaratmaq;

5.12.2. işçilərə və onların ailə üzvlərinə bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün balanslarında olan idman obyektləri və bazalarını təmənnasız təqdim etmək, bu idman obyektlərinin və bazalarının saxlanılmasını, əsaslı və cari təmirini həyata keçirmək;

5.13. işçilərə əmək qabiliyyətlərinin yüksəldilməsi və sağlamlıqlarının möhkəmləndirilməsi məqsədi ilə istirahət evlərinə, turist bazaları və sanatoriya- kurort müəssisələrinə müvafiq yollayışlar vermək;

  • işçilərin məzuniyyət dövrünün səmərəli keçirilməsi üçiin istirahət evləri (pansionatlar) yaratmaq və əməkdaşların istifadəsinə vermək;
  • idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin asudə vaxtlarının səmərəli təşkili üçün mədəni-kütləvi, sosial, turist-ekskursiya və idman tədbirlərində davamlı olaraq onların iştirakını təmin etmək;
  • işçilərin əmək qanunvericiliyi və əməyin mühafizəsi norma və qaydaları barədə mütəmadi məlumatlandırılması, xüsusilə gənc nəslin bu sahədə maarifləndirilməsi məqsədi ilə muxtar respublikanın müxtəlif bölgələrində seminarlar keçirmək;
  • nazirlik, komitə, idarə, müəssisə və digər qurumlar tərəfindən əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik qaydalarına əməl olunması məqsədi ilə Baş Kollektiv Sazişin qüvvədə olduğu müddətdə həmkarlar ittifaqı təşkilatının nümayəndəsinin də daxil olduğu komissiyalar yaradılmaqla, bu sahədə tənzimləməni həyata keçirmək.
  1. Sosial partnyorluq və tərəllərin fəaliyyətiııin əlaqələndirilməsi
  • Tərəflər hesab edirlər ki, sosial tərəfdaşlığın inkişaf etdirilməsi, əsas sosial və iqtisadi məsələlər, əmək münasibətlərinin tənzimlənməsi üzrə qərarlar qəbul edilərkən sosial partnyorluğun imkanlarından daha səmərəli istifadə olunması zəruridir.
  • Bu məqsədlə Tərəflər aşağıdakı öhdəlikləri götürürlər:
  • sosial-iqtisadi siyasətin əsas istiqamətləri üzrə müntəzəm məsləhətləşmələr aparmaq;
  • sosial-əmək münasibətləri, əhalinin məşğulluğu, miqrasiya və sosial təminat sahəsində milli proqram qanun və digər normativ hüquqi aktların layihələrini müzakirə etmək;
  • işəgötürənlər təşkilatlarının korporativ sosial məsuliyyət sahəsində təşəbbüslərini hərtərəfli dəstəkləmək, “İlin ən yaxşı sosial layihəsi”, “Ən yaxşı kollektiv müqavilə”, “Ən yaxşı sosial-məsuliyyətli müəssisə” müsabiqələrinin təşkil olunmasını nəzərdən keçirmək;
  • dövlət əmlakının özəlləşdirilməsi zamanı əmək kollektivlərinin maraqlarını tam nəzərə almaq məqsədi ilə müəssisələrdə yaradılan komissiyaların tərkibinə həmkarlar ittifaqı nümayəndələrinin daxil edilməsini təmin etmək,
  • Tərəflər həmkarlar ittifaqlarının və işəgötürənlərin fəaliyyətinə müdaxilə olunmaması ilə bağlı tanınmış beynəlxalq qərar və normalara riayət edilməsinə təminat verirlər, həmkarlar ittifaqları və işəgötürənlər təşkilatlarının yaradılmasına mane olmurlar, həmkarlar ittifaqlarının qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmək məqsədi ilə muxtar respublikanın ərazisində fəaliyyət göstərən bütün müəssisə və təşkilatlara daxil olmasına yardım edəcəklər.
  • Tərəflər həmkarlar ittifaqına üzvlük haqlarının idarə, təşkilat və müəssisələrin mühasibatlığı vasitəsilə köçürmə yolu ilə ödənilməsinə razılıq verirlər. Köçürmələr əməkhaqlarının ödənilməsi ilə eyni vaxtda aparılır.
  • Tərəflər aşağıdakı məsələlərin həllinə kömək göstərməyi öhdəlik kimi qəbul edirlər:
  • mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, muxtar respublikanın ərazisində yerləşən müəssisələrdə sosial-əmək münasibətlərinin sosial partnyorluq prinsipləri əsasında tənzimlənməsi;
  • iqtisadi imkanlar nəzərə alınmaqla, əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial-iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən sahə (tarif) və ərazi (rayon) kollektiv sazişlərinin və kollektiv müqavilələrin bağlanılması və həyata keçirilməsi;
  • sahə kollektiv sazişlərinin və kollektiv müqavilələrin bağlanması üzərində birgə nəzarətin gücləndirilməsi.
  • Tərəflər sahə (tarif), ərazi (rayon) kollektiv sazişlərində və kollektiv müqavilələrdə müəyyən olunmuş məqsədlər üçün müəssisə və təşkilatlarda işləyənlərin əməkhaqqı fondunun ən azı 0,15 faizinin həmkarlar ittifaqına ayırmalar edilməsini tövsiyə edirlər.
  • Tərəflər sosial-əmək və iqtisadi münasibətlər sahəsində yaranan kollektiv əmək mübahisələrinin (münaqişələrinin) tənzimlənməsi üçün onlardan asılı olan bütün zəruri tədbirləri həyata keçirir, bu sahədə infrastrukturun təkmilləşdirilməsini və birgə əməkdaşlığı təşkil edirlər,
  • Hər bir Tərəf qəbul olunmuş öhdəliklərin icrasını təmin edən tədbirlər hazırlayır.
  • Tərəflər götürdükləri öhdəlikləri yerinə yetirmədikdə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
  • Baş Kollektiv Sazişin icrasına nəzarəti Tərəflər həyata keçirirlər.
  • Baş Kollektiv Sazişdə dəyişikliklər Tərəflərin qarşılıqlı razılığı əsasında
  • Baş Kollektiv Saziş 2014-2015-ci illər uçıın bağlanılır və imzalandığı gündən qüvvəyə minir.

Yeni danışıqlar qüvvədə olan Baş Kollektiv Sazişin müddəti başa çatanadək qurtarmadığı təqdirdə, bu Baş Kollektiv Sazişin qüvvədə olma müddəti Tərəflərin razılığı ilə üç ayadək uzadıla bilər.

  • Baş Kollektiv Sazişin icrası və sosial-əmək münasibətlərinin tənzimlənməsi üzrə Tərəflərin fəaliyyətini işıqlandırmaq məqsədi ilə Tərəflər sosial tərəfdaşlığın inkişafına həsr edilmiş materialları muxtar respublikanın kütləvı informasiya vasitəİəri ilə yayırlar.
  • Baş Kollektiv Sazişə daxil edilmiş müddəalar Azərbaycan Respublıkasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlara şamil edilir.