Daşkənd şəhərində keçirilən Biznes və İnvestisiya Forumu oktyabrın 6-da öz işini başa çatdırıb.
05 oktyabr 2019-cu il tarixdə Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) üzvü olan ölkələrin Biznes və İnvestisiya Forumu keçirilib. Özbəkistan Baş Nazirinin müavini, maliyyə naziri Jamşid Kuçkarovun rəhbərliyi ilə keçirilən Forumda 55 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti də iştirak edib.Forumda Naxçıvan Muxtar Respublikasını Azərbaycan sahibkarları Konfedrasiyasının vitse prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfedrasiyasının sədri və “Cahan Holding” KŞİ-nin Prezidenti Vüqar Abbasov təmsil edib. Forumda tikinti materiallarının istehsalı, dərman vasitələri, kənd təsərrüfatı, turizm, qida sektoru, tekstil, informasiya və rabitə texnologiyaları, kimya, neft və qaz sənayesi, maşınqayırma, elektrik mühəndisliyi və digər sahələrdə çalışan, müxtəlif türkdilli ölkələrdən gələn 400-dən artıq iş adamı qatılıb.