an abstract photo of a curved building with a blue sky in the background

SƏDRİN MÜRACİƏTİ

Hörmətli sahibkarklar,

Təməli ulu öndər H.Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın bütün sahələrində davamlı inkişaf islahatları aparıldığı kimi özəl sektorun inkişafı və sahibkarlara dəstək məqsədilə fəaliyyətə başlamış Naxçıvan Sahibkarlar Konfederasiyasının intetnet səhifəsi vasitəsi ilə Sizi salamlamaqdan məmnunluq duyuram.

Ümummilli liderin sahibkarlarla keçirilən görüşləri, üzləşdikləri problemlərin nədən ibarət olduğunu bilavasitə onların öz dilindən eşitməsi və bunların qısa müddət ərzində həlli üçün konkret tapşırıqlar, Fərman və Sərəncamlar verməsi, dövlət proqramlarının qəbul edilməsi özəl sektorun təmsilçilərinə yüksək diqqətin təzahürü idi.

Bu gün artıq Naxçıvan Muxtar Respublikası dayanıqlı inkişafa malik, ixrac imkanlarını hər il daha da artıran müasir bir diyar kimi nüfuzlu beynəlxalq qurumların, investorların da diqqətini cəlb edir.

Qeyd etmək istəyirəm ki, sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsi olaraq yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, mövcud istehsal müəssisələrinin yenidən qurulması istiqamətində aparılan uğurlu islahatlar bu sahənin sürətli inkişafına zəmin yaradıb. İxracın stimullaşdırılması məqsədilə istər ölkəmizdə, istərsə də xaricdə keçirilən beynəlxalq iqtisadi tədbirlərdə, o cümlədən biznes forumlar, sərgilər, seminar və konfranslarda naxçıvanlı sahibkarların iştirakı da muxtar respublikanın ixrac imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu gün hər bir Sahibkar arxasında dövlətin durduğunu hiss etməli və bilməlidir ki, dövlətimiz daim yeni iş yerlərinin açılmasında, müasir texnologiyanın ölkəyə gətirilməsində maraqlıdır və belə fəaliyyəti təqdir edir. Günün reallığı budur. Sahibkarlara olan rəğbətin əsasını isə onların dövlətin möhkəmləndirilməsi, işsizliyin azaldılması, büdcə gəlirlərinin artmasında oynadığı rol dayanır.Muxtar Respublikada fəaliyyət göstərən hər bir sahibkar öz fəaliyyəti ilə həm büdcəyə gəlir gətirir, həm yeni iş yerləri açır, ölkəyə yeni texnologiyalar gətirir, həm də insanların tələbatının ödənilməsində müəyyən rol oynayırsa nədən ona qayğı və diqqət göstərilməsin?!

Bu gün Muxtar Respublikamızda da sahibkarlığın inkişafı sahəsində ardıcıl tədbirlər görülür,yerli istehsalın çəkisi artırılır özəl sektorun inkişafı daim diqqətə saxlanılır. Bununla bağlı yerli sahibkarlıq subyektlərinin xarici ölkələrdə təşkil edilən kurs və biznes formlarda iştiraka cəlb edilməsi və bu məsələ ilə bağlı onların maarifləndirilməsi Konfederasiya tərəfindən nəzarətdə saxlanılır.

Mən inanıram ki, qarşıya qoyduğumuz hədəflərə çatmaq üçün böyük səylə çalışıb, ölkə Prezidentinin müəyyən etdiyi strateji xəttin reallaşmasına əhəmiyyətli töhfələr verəcəyik.