Oktyabrın 15-də İstanbulda Dünya Palatalar Federasiyası tərəfindən "İqlim Dəyişikliyinə Ortaq yanaşma" əsas mövzusu ilə Avropa və Asiya Sammiti keçirilib.

Blog post description.

11/1/20241 dəqiqə oxu

an abstract photo of a curved building with a blue sky in the background

Oktyabrın 15-də İstanbulda Dünya Palatalar Federasiyası tərəfindən "İqlim Dəyişikliyinə Ortaq yanaşma" əsas mövzusu ilə Avropa və Asiya Sammiti keçirilib.

Oktyabrın 15-də İstanbulda Dünya Palatalar Federasiyası tərəfindən "İqlim Dəyişikliyinə Ortaq yanaşma" əsas mövzusu ilə Avropa və Asiya Sammiti keçirilib.

Sammitin keçirilməsində məqsəd, ətraf mühitin qorunması, iqlim dəyişikliyinin qarşısının alınması tədbirlərinin planlaşdırılması, ticarət və biznes yolu ilə ölkələr arasında körpülər qurmaq, azad və ədalətli ticarətin təmin edilməsi, rəqabətədavamlılığı təkmilləşdirməkdir.

Sammitin açılışı WCF və TOBB sədri Hisarcıklıoğlunun çıxışı və İstanbulda ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun iştirakı ilə başlayıb.

Rifat Hisarcıklıoğlu, zirvənin "İqlim Dəyişikliyinə Ortaq Yanaşma" mövzusu ilə təşkil edildiyini vurğulayaraq, bu zirvənin yalnız başlanğıc olduğunu qeyd edib. O, COP29-un bu ilin noyabrında Azərbaycanda keçiriləcəyini və bugünkü müzakirələrin qlobal məqsədlərə töhfə verəcəyini bildirib.

TOBB-nun ev sahibliyi ilə 62 ölkədən 800-dən çox iş adamının iştirakı ilə beynəlxalq iş dünyası nümayəndələrini bir araya gətirən zirvədə Azərbaycan Sahibkarlar Konfederasiyasının sədri Məmməd Musayev, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov iştirak ediblər.