Naxçıvanda “Mövcud vəziyyət, problemlər və perspektivlər” mövzusunda sahibkarlar ilə görüş keçirilib.
Blog post description.
11/19/20241 dəqiqə oxu

Naxçıvanda “Mövcud vəziyyət, problemlər və perspektivlər” mövzusunda sahibkarlar ilə görüş keçirilib.
Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov və Nazirliyin tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə İqtisadiyyat Nazirliyində “Mövcud vəziyyət, problemlər və perspektivlər” mövzusunda sahibkarlar ilə görüş keçirilib.
Əvvəlcə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov və Sahibkarlar Konfederasiyasının idarə heyətinin sədri Vüqar Abbasov tərəfindən Nazirliyin inzibati binasındakı Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.
Görüşdə çıxış edən Abbas İsmayılov Naxçıvanda ötən il iqtisadi göstəricilərin əhəmiyyətli dərəcədə artdığını vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının idarə heyətinin sədri Vüqar Abbasov görüşün dövlət-biznes dialoqu çərçivəsində həyata keçirilən tədbirlərin davamı olduğunu, sektorda mövcud vəziyyətin dəyərləndirilməsi, problemlər, bu sahədə gələcəkdə atılacaq addımların müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb.
Görüşdə sahibkarlarla real sektordakı inkişafı davam etdirmək, istehsal və ixracı artırmaq barədə fikir mübadiləsi aparılıb.






© 2024 Naxçıvan Sahibkarlar Konfederasiyası. Bütün hüquqları qorunur.


ƏLAQƏ
ÜNVAN
Naxçıvan şəhəri Əcəmi 2/9
E-POÇT
ƏLAQƏ NÖMRƏLƏRİ
(+994 36) 550-71-46
Faydalı Lİnklər