ENNA MMC
Blog post description.
2/4/20251 dəqiqə oxu
"ENNA" MMC
“ENNA” MMC
2009-cu ildə qeydiyyatdan keçmiş müəssisə 2022-ci ildən etibarən fəaliyyətə başlamışdır. “ENNA” MMC ölkəmizin kateqoriyasında ən böyük və müasir istehsal xətti ilə istehsala başlamışdır. Əsas fəaliyyət növü alkaqolsuz energetik içkilərin istehsalı olan müəssisənin istehsal gücü saatda 40 min, illik isə 250 milyon dəmir tənəkədir. İstehsal üzrə əsas xətt dünyaca məşhur alman brendi “Krones” avadanlığıdır. Dünya standartlarına cavab verən, təmassız istehsal edə bilən texnologiya əsasında yüksək keyfiyyətli məhsul təqdim edən müəssisədə “Buzz tea”, “Buzz cola”, “Plus Ower”, “Plus Over Z Generation”, “Dinamit”, “Dark horse” – adı ilə energetik və sərinləşdirici içkilər istehsal olunur. Hal-hazırda 40 nəfərlik işçi heyəti ilə çalışan müəssisə daxili bazarla yanaşı 2024-cü ildən etibarən Qazaxıstan, Özbəkistan, Rusiya, Gürcüstan və Amerika Birləşmiş Ştatlarına ixraca başlayıb. “ENNA” MMC müxtəlif sərgilərdə və formlarda nümayiş olunan məhsulları ilə istifadəçilər tərəfindən rəğbət qazanmışdır.
© 2024 Naxçıvan Sahibkarlar Konfederasiyası. Bütün hüquqları qorunur.
ƏLAQƏ
ÜNVAN
Naxçıvan şəhəri Əcəmi 2/9
E-POÇT
ƏLAQƏ NÖMRƏLƏRİ
(+994 36) 550-71-46
Faydalı Lİnklər