Aprelin 21-də “Cahan İnşaat” MMC-də “İstehsalatda işləyən qadınların hüquqlarının qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Blog post description.
11/19/20242 dəqiqə oxu

Aprelin 21-də “Cahan İnşaat” MMC-də “İstehsalatda işləyən qadınların hüquqlarının qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib.
21 aprel 2025-ci il tarixdə “Cahan İnşaat” MMC-də “İstehsalatda işləyən qadınların hüquqlarının qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan “Cahan Şirkətlər Qrupu”nun aparat rəhbəri Azər Cəfərov sözügedən mövzunun aktuallığına diqqəti çəkmişdir. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova çıxış edərək bildirmişdir ki, dünyada insan hüquqları , onların müdafiəsi , xüsusilə qadın hüquqları ilə bağlı aparılan tədbirlər bu gün önəmli yerlərdən birini tutur. Azərbaycanda da bu istiqamətdə, xüsusilə qadınların hüquqlarının müdafiəsi istiqamətində intensiv işlər görülür.
Daha sonra Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Cavad Cavadov müvafiq məcəllə və qanunvericilik aktlarında nəzərdə tutulan işçilərin və işəgötürənlərin qarşılıqlı hüquq ,vəzifələri barədə məlumatı iştirakçıların diqqətinə çatdırmışdır.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Sahibkarlar Konfederasiyasının baş mütəxəssisi Nuray Kərimova gender və gender bərabərliyi anlayışlarının sahibkarlıq sahəsində önəmindən və bu məsələ üzrə Konfederasiyanın gördüyü işlərdən bəhs etmişdir.
Daha sonra çıxış edən Naxçıvan Dövlət Universitetinin tarix elmləri doktoru, professor Sevinc Abbasova qadınların bərabər hüquqlara sahib olmaları və iş yerlərində qadınlara qarşı ayrı- seçkiliyin qarşısının alınması üçün qanunların mövcud olduğunu iştirakçıların diqqətinə çatdırmışdır.
Diskussiya şəklində keçən tədbirdə mövzu ilə bağlı videoçarx nümayiş olunub.









© 2024 Naxçıvan Sahibkarlar Konfederasiyası. Bütün hüquqları qorunur.


ƏLAQƏ
ÜNVAN
Naxçıvan şəhəri Əcəmi 2/9
E-POÇT
ƏLAQƏ NÖMRƏLƏRİ
(+994 36) 550-71-46
Faydalı Lİnklər