17 mart 2016-cı il tarixdə NSK-nın iclası keçirilmişdir.

17 mart tarixində Naxçıvan Biznes Mərkəzində Naxçıvan Sahibkarlar Konfederasiyasının yığıncağı keçirilmişdir.

Yığıncağı giriş sözü ilə konfederasiyanın sədri V.Abbasov açmışdır. Daha sonra o, öz nitqində NSK-nın 2015-ci il ərzində görülmüş işlərdən, sahibkarların fəaliyyətinin stimullaşdırılması və aradan qaldırılması üçün görülən tədbirlərdən danışmışdır. İclasda NSK-nın sektor müdiri A.Cəfərov da öz çıxışında “İş planı”nın icrasından, konfederasiyaya daxil olmuş müraciətlərdən və onların həll edilməsindən bəhs etmişdir. O, NSK-ya üzvlüyə yeni qəbul edilmiş müəssisə və şirkətlər haqqında məlumat vermiş, onlara öz fəaliyyətlərində uğurlar arzulamışdır. İclasın yekununda iştirakçılarla birlikdə bir sıra məsələlər müzakirə edilmiş, yeni təkliflər dinlənilmiş, qərarlar qəbul edilmişdir.