“Zümrüd Geyim” MMC İstehsal sahələrini genişləndirib.

İstehsal sahəsində Yaponiya, Avstraliya və Türkiyə Respublikalarından alınmış müasir avadanlıqlar quraşdırılıb. Xammal Türkiyə Respublikasından gətirilir. Müəssisənin 8 saatlıq iş rejimində istehsal gücü min ədəd köynək, kişi və uşaq alt geyimləridir. Burada hələlik 13 çeşiddə məhsul istehsalına başlanıb. Gələcəkdə isə məhsul istehsalının çeşidlərini artırmaq nəzərdə tutulub. Eyni zamanda yeni istehsal sahələrinin yaradılması ilə 45 iş yeri açılıb.