Naxçıvan Biznes Mərkəzində Quşçuluq Birliyinin yığıncağı keçirilmişdir.

Oktyabrın 21-də Naxçıvan Biznes Mərkəzində Naxçıvan MR Sahibkarlar Konfederasiyasının təşəbbüsü ilə Quşçuluq Birliyinin yığıncağı keçirilmişdir. Yığıncaqda Naxçıvan MR İqtisadiyyat Nazirliyinin və Quşçuluq Birliyinin nümayəndələri iştirak etdilər. Yığıncağı Naxçıvan MR Sahibkarlar Konfederasiyasının sektor müdiri  Azər Cəfərov açdı. Daha sonra Naxçıvan MR Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədr müavini Teymur Rzayev mövcud problemlər və qarşıda duran vəzifələr haqqında çıxış etdi. Çıxışdan sonra Birliyin sədri və üzvləri öz təkliflərini bildirdilər. Yığıncağın sonunda A. Cəfərov sahibkarlara öz tövsiyələrini verdi və qəbul olunmuş təkliflər haqqında müvafiq orqanlara məlumat veriləcəyini bildirdi.