wrapper

 

Konfederasiyanın Nizamnaməsinin tələblərini qəbul edən, üzvlük haqqını ödəyən, dövlət qeydiyyatından keçmiş, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq (dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla), sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir hüquqi şəxs (o cümlədən iqtisadi və sosial yönümlü assosiasiya və ittifaqlar), onların filial və nümayəndəlikləri, törəmə müəssisələri, birlikləri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir fiziki şəxs (əcnəbilər daxil olmaqla) ərizə ilə müraciət etməklə Konfederasiyanın üzvü ola bilər.

 

Konfederasiyanın üzvlüyünə qəbul şəxsin yazılı ərizəsi əsasında Konfederasiyanın İdarə Heyəti tərəfindən həyata keçirilir.

 

NSK öz vəzifələrinə uyğun aşağıdakı hüquqlara malikdir:

 

-       Cari və perspektiv məsələlərin həll edilməsi üçün konfranslar, yığıncaqlar və s. tədbirlər keçirmək;

 

-       Sahibkarlığın inkişafı ilə bağlı dövlət hakimiyyəti orqanlarına təkliflər vermək, proqramlar, qanun və digər nominativ-hüquqi aktların layihələrinin hazırlanmasında və icrasında iştirak etmək;

 

-       Muxtar Respublikada sosial-iqtisadi siyasətin razılaşdırılmış ümumi prinsiplərinin müəyyənləşdirilməsində və əmək münasibətlərinin tənzimlənməsində iştirak etmək, Baş Kollektiv Sazişi bağlamaq və bu məqsədlə müvafiq orqanlara təklif vermək;

 

-       Azərbaycan Respublikası, o cümlədən Naxçıvan Muxtar Respublikası və xarici maliyyə-kredit təşkilatlarından, həmçinin beynəlxalq təşkilatlardan, fondlardan qrantlar, kreditlər almaq, onlarla əməkdaşlıq etmək;

 

-       Sosial-iqtisadi yönümlü təşkilatları təsis etmək, onları inkişaf etdirmək;

 

-       Muxtar Respbulika ərazisində özünün regional təşkilatlarını, xarici ölkələrdə filial və nümayəndəliklərini yaratmaq;

 

-       Təhsil almaq və təcrübə mübadiləsi keçmək üçün mütəxəssisləri və işçiləri xaricə ezam etmək;

 

-       Yeni sahibkarlıq strukturları üçün kadrların hazırlanması, sahibkarlıq fəaliyyətinin elmi-metodiki əsaslarının yaradılması, iş adamlarına müasir sahibkarlıq metodlarının öyrədilməsi və sahibkarlığa başlayanlara sahibkarlığın əsaslarına yiyələnməsi üçün proqramlar tərtib etmək, onları həyata keçirəcək kadrların ixtisaslarının təkmilləşdirilməsinə kömək etmək;

 

-       Sahibkarlığın inkişafı ilə bağlı beynəlxalq biznes-görüşlər keçirmək, sahibkarların xarici şirkətlərdə ixtisas artırılmasını təşkil etmək;

 

-       Vəzifələrinə müvafiq olaraq, informasiya xidməti, vasitəçilik və digər fəaliyyətini həyata keçirmək;

 

-       Konfederasiyanın səlahiyyətlərinə daxil olan məsələlərə dair beynəlxalq konfranslar, simpoziumlar, konqreslər, seminar və sərgilər təşkil etmək və onlarda iştirak etmək;

 

-       Azərbaycan və xarici hüquqi və fiziki şəxslərlə öz adından əqdlər bağlamaq, əmlak və qeyri-əmlak hüquqları əldə etmək, öhdəliklər daşımaq, məhkəmələrdə iddiaçı və cavabdeh olmaq;

 

-       Öz vəzifələrinin həyata keçirilməsi üçün xarici ekspert – mütəxəssisləri dəvət etmək;

 

-       Qanunvericiliyə uyğun olaraq beynəlxalq və yerli təşkilatların fəaliyyətində iştirak etmək.