wrapper

×

Предупреждение

JUser: :_load: Не удалось загрузить пользователя с ID: 42

28 oktyabr 2014-cü il tarixində NSK sədrinin müavini T.Rzayevin başçılığı ilə İdarə Heyətinin Gömrük Komitəsinin nümayəndələri ilə birlikdə iclası keçirilmişdir.

İclasda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov çıxış edərək “Gömrük bəyannamələri”nin yeni formaları və bəyanetmə qaydaları haqqında, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin inspektoru Cəfər Quluzadə “Fiziki şəxslərin bəyanetmə qaydaları” haqqında, Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları şöbəsinin rəisi, gömrük xidməti kapitanı Emin Eylazov “Elektron şəxsi kabinet üzərindən rəsmiləşdirmə və bəyanetmə qaydaları” haqqında məlumat verdilər və bunlarla bağlı sualları cavablandırdılar.

Последнее изменение Четверг, 05 Февраль 2015