wrapper

Naxçıvan Biznes Mərkəzində Cahan Holdinq KŞİ-nin prezidenti, Naxçıvan  MR Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşmüşdür.

 

Görüşdən öncə V. Abbasov qonaqlara Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən özəl şirkətlər, onların fəaliyyəti – istehsal məhsulları və xidmətləri haqqında geniş məlumat vermişdir.

Sonra cənab səfir və onu müşayiət edən nümayəndə heyəti ilə qarşılıqlı görüş olmuşdur. Görüşdə V. Abbasov Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına göstərilən dövlət qayğısından, iqtisadiyyatın inkişaf etdirilməsi üçün qeyri-neft sektorunun inkişafına üstünlük verilməsi, idxaldan asılılığın aradan qaldırılması üçün yerli istehsalın inkişaf etdirilməsi, turizmin inkişafı ilə görülmüş və görüləcək işlər haqqında məlumat vermişdir.

Göstərilən səmimi münasibətə görə minnətdarlıq edən Robert Sekuta Naxçıvanda olmaqdan məmnunluğunu ifadə etmişdir. 

Son redaktə Çərşənbə, 14 Sentyabr 2016