wrapper

Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu Naxçıvanda səfərdə olub.

Səfərin sonuncu günü səfir Biznes Mərkəzində naxçıvanlı sahibkarlarla görüşmüş, onlarla fikir mübadiləsi aparmış, eyni zamanda səfirə Naxçıvanda fəaliyyət göstərən müəssisələr və onların məhsulları barədə geniş məlumat verilmişdir.

Rumıniya səfiri Daniel Kristian Çiobanu Naxçıvan Muxtar Respublikası ilə Rumıniya arasında ticarət və işgüzar əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparmış, iqtisadi əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi yolları araşdırılmışdır.

Sonda Rumıniyanın fövqəladə və səlahiyyətli səfiri sahibkarlarla xatirə şəkli çəkdirmişdir.

Son redaktə Şənbə, 23 Aprel 2016