wrapper

Yaponiyanın Okinava prefekturası parlamentinin sədri Kina Masaharunun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur.

Nümayəndə heyəti Naxçıvanda bir sıra yerləri gəzmiş, onlara məlumatlar verilmişdir.

Naxçıvan Biznes Mərkəzində yaponiyalı qonaqlarla yerli sahibkarların görüşü olmuşdur. Görüşdə məlumat verilmişdir ki, Naxçıvan zəngin təbii ehtiyatlara malikdir. Muxtar Respublika qısa vaxt ərzində iqtisadi cəhətdən xeyli inkişaf etmiş, ərazisi 100% qazlaşdırılmış, elektrik idxalçısından elektrik ixracçısına çevrilmiş, Günəş Elektrik Stansiyası istifadəyə verilmiş, bir çox sənaye sahələri inkişaf etdirilmiş, kənd təsərrüfatına diqqət artırılmışdır. Sonra  yaponiyalı iş adamları ilə naxçıvanlı sahibkarlar arasında qarşılıqlı əlaqələrin qurulması istiqamətində fikir mübadiləsi aparılmışdır.

Son redaktə Şənbə, 23 Aprel 2016