wrapper

2015-ci il 9 fevral tarixində Ali Məclisin Naxçıvan Biznes Mərkəzində keçirilmiş müşavirəsində verilmiş tapşırıq – Biznes Mərkəzinin imkanlarından istifadə etməklə maarifləndirici işin aparılması məqsədilə Naxçıvan Muxtar Respublikasında Naxçıvan Sahibkarlar Konfederasiyasının dəstəyi ilə ISO 9001 və ISO 22000 ilə bağlı təlim-tədris seminarı keçirilmişdir.

Seminarı Türkiyədən dəvət olunmuş Türkiyə Standartları İnstitutunun (TSE) Mərmərə Bölgə Koordinatorluğunun Baş Tədqiqatçısı Sərhat Canpolad aparmışdır. Təlim-tədris seminarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi, Standartlaşdırma Laboratoriyasının müdiri, “Cahan Holdinq”, “MM” ət və ət məhsulları və digər müəssisələr iştirak etmişlər. Seminarın əsas proqramı ISO 9001 – “Keyfiyyət İdarəetmə Sistemi” və ISO 22000 –  “Qida Təhlükəsizliyinin İdarəedilməsi Sisteminə İnteqrasiya”nın təməl təhsili, Proses tədrisi və İnteqrasiya Daxili Tədqiqat tədrisini əhatə etmişdir. Əlavə olaraq, ISO 9001 – “Keyfiyyət İdarəetmə Sistemi” standartlarının yeni 2015 versiyasında nəzərə alınan dəyişikliklərin mahiyyətindən danışılmış  və iştirakçılar bununla bağlı  maarifləndirilmiş, bu standartlarda nəzərdə tutulan dəyişikliklərdə qeyd olunan maddələrin proseslərlə əlaqələndirilməsi məsələsinə aydınlıq  gətirilmişdir. Tədbirin sonrakı dəqiqələrində  yeni versiyadakı dəyişikliklərin tətbiqinə başlandıqdan sonra idarə və müəssisələrdə bu standartlarla bağlı yoxlamaların aparılması, bu zaman ortaya çıxan nöqsan və çatışmazlıqların müəyyənləşdirilməsi və aradan qaldırılma yollarının araşdırılması və müxtəlif qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı həm nəzəri məlumat verilmiş, həm də iştirakçılardan təşkil olunmuş qruplar üzrə praktiki olaraq işlər görülərək müxtəlif problemlərin həlli üsulu göstərilmişdir.

Son redaktə Çərşənbə, 04 May 2016