wrapper

Naxçıvan Müxtar Respublikası Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat Nazirliklərinin, Naxçıvan MR Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə keçirilən “Ən fəal işəgötürən” nominasiyası üzrə müsabiqə qaliblərinin təqdimatı keçirildi və mükafatlar təqdim olundu.

 

Tədbiri açan Naxçıvan MR İqtisadiyyat naziri Famil Seyidov muxtar respublikada sahibkarlara və sahibkarlığın inkişafına göstərilən qayğıdan danışaraq, həyata keçirilən tədbirlər nəticəsində bir çox iş yerlərinin açıldığını da vurğulamışdır. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə naziri Cavid Səfərov öz çıxışında məşğulluğun inkişaf səviyyəsindən söhbət açaraq, işaxtaranların işlə təmin olunması ilə yanaşı, işçilərin əmək hüquqlarının müdafiəsi və əməyin mühafizəsi istiqamətində də müxtəlif tədbirlərin həyata keçirildiyini qeyd etmişdir. Daha sonra çıxış edən NSK-nın Sektor müdiri Azər Cəfərov muxtar respublikanın iqtisadi inkişafında sahibkarlığın rolundan, sahibkarlığa başlamaq istəyənlər üçün məsləhət xidmətinin göstərilməsindən bəhs etmiş, 2015-ci ildə görülən və 2016-cı ildə görüləcək işlərdən danışmışdır. Sonda qaliblərə diplom və mükafatlar təqdim olunaraq, onlara uğurlar arzulanmışdır.

Son redaktə Çərşənbə, 04 May 2016