wrapper

Naxçıvan Avtomobil Zavodu 2010-cu ilin yanvar ayının 11-də istismara verilmişdir.

Zavodda Almaniya, Belçika və İtaliyada hazırlanan son model avadanlıqlardan istifadə olunur. Zavodun ümumi sahəsi 2.6 ha təşkil edir. Bura 2472 m2 sahəsində istehsal sexi, 720 m2 sahəsində anbar, 2538m2 sahəsində dayanacaq meydanı, 500 m2 əhatə edən sınaq meydançası və 450 m2 sahəsində sərgi salonu daxildir. Zavod ildə 5000 ədəd avtomobil istehsal etmək gücünə malikdir.

Zavodda Lifan 320, 520, 520i, 620 mexaniki və avtomat sürət qutusu ilə, 330, 630 avtomat sürət qutusu ilə, 720 mexaniki sürət qutusu ilə, 820 mexaniki və avtomat sürət qutusu ilə, X60 mexaniki sürət qutusu ilə, X50 avtomat sürət qutusu ilə istehsal olunmaqdadır. Eyni zamanda zavodda yük-bortlu NAZ-Lifan LF­-­1­­­­­022,  yük-furqonlu NAZ-Lifan LF-5028, mikroavtobus (1+6 nəfər) NAZ-Lifan LF-6401 və 6420 markalı yük avtomobilləri də istehsal olunur.

Naxçıvan Avtomobil Zavodunun Naxçıvan və Bakı şəhərlərində satış və servis mərkəzləri fəaliyyət göstərir. Tezliklə Gəncə, Şəki, Lənkəran və Xaçmaz şəhərlərində də avtosalonların açılması nəzərdə tutulur. Avtomobillərin xarici ölkələrə ixracı istiqamətində də iş aparılır. Cari ilin sonuna qədər avtomobillərin ixracına nail olunması planlaşdırılır.

Birnövbəli iş rejimində illik istehsal gücü 5 min ədəd avtomobil olan Naxçıvan Avtomobil Zavodu Çinin “Chongqing Lifan Industry” şirkəti ilə birgə fəaliyyət göstərir.

Son redaktə Çərşənbə, 27 Aprel 2016