wrapper

Avqustun 18-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin və  Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində "Sahibkarlıq fəaliyyətini öyrənirik" mövzusunda növbəti seminar keçirildi.

Bugünkü seminarda Vergilər Nazirliyinin audit şöbəsinin müdiri İsmayıl Bağırov 02.01.2015 tarixli vergi məcəlləsinin vergi ödənişlərinin istifadə qaydalarına edilmiş dəyişiklər,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müfəttişliyi sektorunun müdiri Ruslan Ələkbərov əmək münasibətlərinin rəsmiləşdirilməsi və həmin nazirliyin baş əmək müfəttişi Bəxtiyar Həsənov isə əməyin mühafizəsi, işçilərin pensiya hüquqlarının qorunması haqda çıxış etdilər. Seminar iştirakçılarını maraqlandıran müxtəlif suallar cavablandırıldı.

Son redaktə Çərşənbə, 27 Aprel 2016