wrapper

Avqustun 11-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin və  Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində "Sahibkarlıq fəaliyyətini öyrənirik" mövzusunda seminar keçirilib.

Seminarda Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sektor müdiri A.Cəfərov  çıxış edərək bildirdi ki, 9 fevral 2015-ci il tarixdə Naxçıvan MR Ali Məclisinin müşavirəsində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinə və  Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasına verilmiş tapşırığın icrası olaraq, yəni Biznes Mərkəzinin imkanlarından istifadə etməklə Sahibkarların bilik səviyyələrinin artırılması ilə bağlı seminar təşkil olunmuşdur. O, sahibkarlara müraciət edərək bildirmişdir ki, təşkil olunmuş seminarlarda fəal iştirak etmələrini arzu edir. Seminarda Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin şöbə müdiri Mircavid Tağızadə "Sahibkarlığın mahiyyəti, sahibkarlıq fəaliyyəti" mövzusunda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-cü il 09 fevral tarixli Sərəncamı ilə "Biznes Mərkəzinin işindən istifadə etməklə sahibkarlığa dəstək" çərşivəsində əldə olunan uğurlardan və qarşıda duran məsələlərə dair çıxış edib. Sahibkarları maraqlandıran müxtəlif suallar cavablandırılıb.

Son redaktə Çərşənbə, 27 Aprel 2016