wrapper

Naxçıvan MR Sahibkarlar Konfederasiyasının üzvü olan müəssisələrdən biri də Babək  “Sirab” ASC-dir. Müəssisə 2003-cü ildə yaradılmışdır. Müəssisə istehsal prosesini  Avropa, Türkiyə və Rusiya mənşəli  avadanlıqlarla təchiz etməklə  avtomatlaşdırılmış formada aparılır.


Hal-hazırda “Sirab” mineal sular zavodunda 5 istehsal  xəttini özündə birləşdirən 3 sex fəaliyyət göstərir. Bu xətlərdə  qazlaşdırılmış və qazlaşdırılmamış “Sirab” təbii mineral müalicəvi süfrə suyu 21 çeşiddə müxtəlif həcmli plastik və şüşə qablara doldurur.
Bu gün minerallarla zəngin olan “Sirab” suyu dünyanın bir çox yerlərinə -Rusiya, Belarusiya, İran, Qazaxıstan, Türkiyə, Türkmənistan, Ukrayna və Baltikyanı ölkələrə ixrac olunur.
“Sirab” ASC-də bütün istehsal prosesi İSO standartlarına, keyfiyyəti idarəetmə sisteminin tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssə Almaniyanın “IQNET”və “DQS” təşkilatı tərəfindən İSO 9001-2008 və İSO 22000- 2005 standartlarına uyğunluğu təsdiq olunaraq sertifikatlaşdırılmışdır.
“Sirab” ASC fəaliyyəti ilə aşağıdakı uğurları qazanmışdır:
Qızıl medal – “Biznesdə yüksək keyfiyyətə görə”  ( Cenevrə - 2005 )
Qızıl medal – “Qida məhsulları və içkilərinin XII formu”  ( Ukrayna - 2009  )
Gümüş medal – XVII Beynəlxalq sərgi  “PRODEXPO 2010”   ( Moskva - 2010 )
Qızıl medal – XVIII Beynəlxalq sərgi   “PRODEXPO 2011”   ( Moskva - 2011 )
Qızıl medal – Beynəlxalq Yeyinti Sənaye sərgisi  ( Qazaxıstan - 2011 )
İlin Brendi –  “Azərbaycanda İlin Brendi” Birinci Milli Mükafat  ( Azərbaycan - 2009 )
İlin Brendi –  “Azərbaycanda İlin Brendi” Birinci Milli Mükafat  ( Azərbaycan - 2012 )
İlin İxracatçısı – Azərbaycan Respublikası  Naxçıvan MR   “Biznesdə Uğur” mükafatı (İlin İxracatçısı- 2012)

Son redaktə Cümə, 09 Oktyabr 2015