wrapper

Müəssisə ət məhsullarının emalı sahəsində 2003-cü ildən etibarən “HİLAL” markası adı altında fəaliyyətə başlamışdır. İlkin fəaliyyətə başladığı dövrdə müəssisə 200m2 sahədə yerləşmiş və cəmi 3 adda məhsul istehsal edirdi. Tətbiq edilən avadanlıqlar isə, demək olar ki, artıq istehlak ömrünü başa vurmuşdu.
Aparılan yenidənqurma işlərinin nəticəsində müəssisənin ümumi sahəsi 2200 m2 artırılmış, müasir tələblərə cavab verən yeni bir üslubda inzibati bina və istehsal sahəsi ilə təmin olunmuşdur.
İstehsal prosesində istifadə ounan avadanlıqlar tamamilə yenilənmiş müəssisə ət məhsullarının emalı sahəsində Almaniyanın dünyanın öndə gedən avadanlıq istehsalçılarından olan “Handtmann” və “Poly-Clip”, İspaniyanın “Fatosa” şirkətlərinin yeni texnoloji avadanlıqları ilə təchiz edilmişdir.
Bu gün müəssisədə 30-dan artıq çeşiddə yüksək keyfiyyətli kolbasa, sosiska, saldelka və sair ət məhsulları istehsal olunur. Hazırda müəssisənin günlük istehsal gücü 3000 kq-a çatdırılmışdır. Məhsullarımız Respublikanın mövcud qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün normativ tələblərə cavab verir və uyğunluq, gigiyenik sertifikatları almışdır.
Məhsul istehsalı və satış prosessində alıcıların rəğbətinə yüksək həssaslıqla yanaşılır. Bua görə də məhsulların keyfiyyəti və təhlükəsizliyinə xüsusi diqqət yetirilir. Müəssisəədə istifadə olunan xammal və köməkçi materiallar bir neçə mərhələdə laborator müayinədən keçirilir, konservantlardan və digər kimyəvi qatqılardan qətiyyən istifadə olunmur. Müəssisədə xüsusi sanitar-gigiyenik şərait yaradılmışdır. Bütün işçi heyəti mütəmadi olaraq həkim-tibbi müayinəsindən keçirilir.
Alıcılarımıza ənənəvi ağız dadını  yaşatmaq üçün, əsasən yerli xammala üstünluk verilir və klassik resepturalardan istifadə olunur. Bunun nəticəsidir ki, “HİLAL” markalı məhsullar nəinki Naxçıvan Muxtar Respublikasında , eləcə də Azərbaycanın digər bölgələrində də yüksək rəğbətlə qarşılanır.
“HİLAL” markası ötən 11 il ərzində inamla irəliləyərək, bir çox yerli və beynəlxalq sərgilərdə uğurla iştirak etmiş və yüksək nəticələr əldə etmişdir.